İnsan alveri və istismarında təqsirləndirilən qohumlar özlərini təqsirli bilməyiblər

İnsan alveri və istismarında təqsirləndirilən qohumlar özlərini təqsirli bilməyiblər
# 05 dekabr 2017 12:04 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində məcburi əməyə cəlb etmə və insan alverində təqsirləndiriləm Tofiq Rzayev və qardaşı oğlu Vüqar Rzayevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb

APA-nın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən T. Rzayev V. Razyev özlərini təqsirli bilməyiblər.

Proses dekabrın 19-da davam etdiriləcək.

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən Tofiq Rzayev və onun qardaşı oğlu Vüqar Rzayev 2000-ci ildən zərərçəkmiş şəxslər - Aleksandr Kolesnikov və İqor Kolesnikova hədə-qorxu gələrək Abşeron rayonunda yerləşən donuz kökəltmə fermasında məcburi şəkildə işlədiblər. Daha sonra hər iki şəxs İnsan Alveri qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb

Onlar barəsində polis nəzarətində qətimkan tədbiri seçilib.

Tofiq Rzayev və qardaşı oğlu Vüqar Rzayevə Cinayət Məcəlləsinin 144-2-ci (insan alveri və istismarı, məcburi əmək) maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR