Prezident İlham Əliyev Belçika kralı ilə görüşüb - YENİLƏNİB

Prezident İlham Əliyev Belçika kralı ilə görüşüb - <span style="color: red;">YENİLƏNİB
# 06 fevral 2017 11:56 (UTC +04:00)

Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevin və Belçika kralı Filipin təkbətək görüşü olub.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Belçika Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Dövlət başçısının bu səfərinin həm Azərbaycan-Belçika ikitərəfli münasibətlərinin genişlənməsi, həm də ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcəyinə əminlik bildirilib.

Prezident İlham Əliyev Belçika şirkətlərini Azərbaycanın iqtisadiyyatının inkişafında iştiraka dəvət edib.

Söhbət zamanı ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu vurğulanıb, regional, iqtisadi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

*** 14.36

Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevin və Belçika kralı Filipin təkbətək görüşü olub.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR