Panafrika Parlamentinin sədri: “Azərbaycan Afrikanın inkişafında mühüm rol oynaya bilər”

Panafrika Parlamentinin sədri: “Azərbaycan Afrikanın inkişafında mühüm rol oynaya bilər”
# 24 oktyabr 2017 10:46 (UTC +04:00)

"Azərbaycan Afrikanın inkişafında mühüm rol oynaya bilər".

APA-nın xəbərinə görə, bunu Bakıda səfərdə olan Panafrika Parlamentinin sədri, Kamerun Assambleyasının üzvü Rocer Nkodo Danq deyib.

O bildirib ki, Azərbaycanla Afrika ölkələri arasındakı münasibətlərə yeni istiqamət vermək üçün ölkəmizdə rəsmi səfərdədir: "Azərbaycanda yüksək səviyyədə danışıqlar apardıq. İnanıram ki, bu görüşlər ikitərəfli əlaqələr üçün faydalı nəticələrə gətirib çıxara biləcək".

Qeyd edək ki, Panafrika Parlamentinin nümayəndə heyəti Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR