Rusiyada baş verən yol qəzası nəticəsində 4 uşaq ölüb

Rusiyada baş verən yol qəzası nəticəsində 4 uşaq ölüb
# 19 iyul 2017 23:18 (UTC +04:00)

Rusiyanın Kursk vilayətində ağır yol qəzası baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə vilayətin Şetinka kəndi ərazisində qeydə alınıb. “Peugeot” və “Volkswagen” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4-ü uşaq olmaqla 5 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətləri barədə məlumat verilmir.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR