Türkiyədə baş verən partlayış zamanı 3 nəfər ölüb

Türkiyədə baş verən partlayış zamanı 3 nəfər ölüb
# 11 oktyabr 2017 09:39 (UTC +04:00)

Türkiyənin “Tüpraş” şirkətinin İzmirin Əliağa bölgəsində yerləşən yanacaqdoldurma bazasında partlayış baş verib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 3 nəfər ölüb, çoxlu sayda yaralı var.

Partlayış çənlərdən birinə yanacaq doldurulan zaman baş verib. Hazırda yanğının söndürülməsi işləri davam edir. Yanğınsöndürənlər yanğının digər çənlərə keçməsinin qarşısını almağa çalışırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR