Türkiyədən Azərbaycana ixrac olunan canlı heyvan və quş ətinin həcmi açıqlanıb

Türkiyədən Azərbaycana ixrac olunan canlı heyvan və quş ətinin həcmi açıqlanıb
# 03 fevral 2017 06:53 (UTC +04:00)

Türkiyə ötən il 27 mln. 974 min 33 dollarlıq canlı heyvan (cücə, toyuq, xoruz, qoyun, mal və s.) ixrac edib.

"APA-Economics" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, ixracatın 75%-i və ya 21 mln. dollarlıq hissəsi quş ətinin payına düşür.

Qonşu ölkə ümumilikdə 31 ölkəyə canlı heyvan ixrac edir.

Hesabat dövründə Türkiyədən Azərbaycan və Gürcüstana 1,2 mln. dollarlıq heyvan ixrac olunub. Bununla yanaşı, ötən il Türkiyə Azərbaycan və Gürcüstana təxminən 1 mln. dollarlıq quş əti ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR