"Qətl edilmiş uşaqlar” kitabı təqdim olunub

"Qətl edilmiş uşaqlar” kitabı təqdim olunub
# 19 yanvar 2017 13:19 (UTC +04:00)

Azərbaycan Yazıçılar Birliyində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən nəşr edilmiş “Qətl edilmiş uşaqlar” kitabının təqdimat mərasimi olub.

APA-nın məlumatına görə, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxış edərək nəşrin ciddi əhəmiyyət daşıdığı bildirib. O deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı işğalçı dövlət tərəfindən əsas hədəflərdən biri dinc əhali və uşaqlar olub. Anar kitabın gələcəkdə bir neçə dilə tərcümə olunaraq yayılmasının vacibliyini qeyd edib.

Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca, xalq şairi Nəriman Həsənzadə, millət vəkilləri Nizami Cəfərov və Aqil Abbas, xalq yazıçısı Mövlud Süleymanlı, Yazıçılar Birliyinin katibi Rəşad Məcid kitabın bir neçə dilə tərcümə olunmasının zəruriliyindən danışıblar.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri İsmayıl Axundovun sözlərinə görə, kitab müharibə qurbanları ilə bağlı məsələlərin və ermənilər tərəfindən humanitar normaların pozulması faktlarının öyrənilməsində böyük əhəmiyyət daşıyır. Qrup rəhbəri əlavə edib ki, Ermənistan tərəfi “Müharibə qurbanlarının müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud sürətdə pozaraq Azərbaycan vətəndaşlarına qarşı məqsədli terror, soyqırım, etnik təmizləmə siyasəti həyata keçirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR