KIV: Neymar avqustun 2-də Parisdə tibbi müayinədən keçəcək

KIV: Neymar avqustun 2-də Parisdə tibbi müayinədən keçəcək
# 31 iyul 2017 03:09 (UTC +04:00)

“Barselona” və Braziliya millisinin hücumçusu Neymar avqustun 2-də “PSJ” klubuna keçmək üçün Parisdə tibbi müayinədən keçəcək.

APA-nın məlumatına görə, bu barədə “Marca” məlumat verib.

Həmin gün Neymar həmçinin “PSJ” klubunun prezidenti Nəsir əl-Xelayfi ilə görüşəcək.

Fransa klubuna keçdiyi halda Neymar “PSJ”nin sahibi “Qatar Sports Investments” şirkəti ilə müqavilə imzalayacaq. Müqavilə çərçivəsində braziliyalı futbolçu Qətərdə keçiriləcək dünya çempionatının səfiri olacaq və beş il ərzində 300 milyon avro qazanacaq.

Qeyd edək ki, "PSJ" Neymara görə "Barselona"ya 222 milyon avro ödəməyə hazır olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR