Pakistan baş naziri: “Azərbaycanın inkişafı müsəlman ölkələri üçün qürur mənbəyidir”

Pakistan baş naziri: “Azərbaycanın inkişafı müsəlman ölkələri üçün qürur mənbəyidir”
# 14 oktyabr 2016 12:45 (UTC +04:00)

Bakı – APA. “Azərbaycanın inkişafı və uğuru bütün müsəlman ölkələri üçün qürur mənbəyi və bir çox inkişaf etməkdə olan ölkələr üçün idarəçilik nümunəsidir”.

APA-nın məlumatına görə, bunu Pakistan baş naziri Məhəmməd Nəvaz Şəriflə Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibdə keçirilən görüşdə deyib.

“Deməliyəm ki, biz dünəndən çox təsirlənmişik. Cənab prezidentə dedim ki, mən dünyada bu qədər təmiz şəhər görməmişəm. Bəlkə də Bakı kimi təmiz şəhər gördüyümü unutmuşam. Lakin şübhəsiz ki, bu, mənim indiyədək olduğum ən təmiz şəhərlərdən biridir. Şəhərin planlaşdırılması, dünən və bu gün gördüyümüz gözəlliklər bizi məftun etdi”, - deyə o vurğulayıb.

Pakistan baş naziri qeyd edib ki, 15 ildən az müddətdə bu işlərin görülməsi çox heyrətamizdir: “İlk növbədə, gözəl ölkənizə səfər etməyin bizim üçün şərəf olduğunu demək istərdim. Biz Bakını görməyə çox şadıq. Son 10-15 ildə Bakı belə gözəl bir şəhərə çevrilib. On beş ildən az müddətdə bu işlərin görülməsi çox heyrətamizdir. Artıq qeyd etdiyim kimi, mən 1998-ci ildə Bakıda olmuşam. Burada rəsmi səfərdə olmaq şəxsən mənim üçün şərəfdir. Cənab prezident, deməliyəm ki, Pakistan xalqı dahi atanız mərhum prezident Heydər Əliyevin uzaqgörənliyini, qardaş Azərbaycanın irəliləyişini, inkişafını və sizin müdrik, mahir rəhbərliyinizi yüksək qiymətləndirir. Son 25 ildə Azərbaycanın əldə etdiyi irəliləyiş diqqətəlayiqdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR