Bakıda yarımçıq tikili vergi borcuna görə hərraca çıxarılıb

Bakıda yarımçıq tikili vergi borcuna görə hərraca çıxarılıb
# 15 aprel 2017 09:49 (UTC +04:00)

Vergilər Nazirliyi vergi borcuna görə “Olimp” MTK-nın inşa etdirdiyi 2-ci mərtəbəyədək qaldırılmış 2 bloklu yarımçıq tikilini hərraca çıxarıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, binaya 40 min manat qiymət qoyulub.

Bina üçüncü dəfə hərraca çıxarıldığından binanın qiyməti qanunvericiliyə uyğun olaraq 20% aşağı salınıb. Başqa sözlə, hərracda qalib olan şəxs bu tikilini 32 min manata ala biləcək.

Hərracda iştirak etmək istəyənlər 3200 manat beh verməlidir.

Qeyd edək ki, “Olimp” MTK-ya məxsus qaldırıcı kran da hərraca çıxarılıb. 15000 manat məbləğində dəyərləndirilən lift də üçüncü dəfə hərraca çıxarıldığından bu əmlakı 12 000 manata almaq olar. Bu hərracda iştirak üçün 1200 manat beh verilməlidir.

Hərraca çıxarılan tikili Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman keçəsi, ev 105 ünvanında yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR