Ötən il dünyada robotların köməyi ilə 3 milyon cərrahiyyə əməliyyatı aparılıb

Ötən il dünyada robotların köməyi ilə 3 milyon cərrahiyyə əməliyyatı aparılıb
# 24 noyabr 2017 07:51 (UTC +04:00)

Bakıda “Təbabətdə yeni texnologiyalar: kök hüceyrələr və robot cərrahiyə” mövzusunda konfrans keçirilib.

APA-nın xəbərinə görə, konfrans Milli Məclisin Səhiyyə Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyənin İstinye Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, ilk robot cərrahiyyə 2000-ci ildə aparılıb: “Təkcə 2016-cı ildə robotların köməyi ilə 3 milyon cərrahiyyə əməliyyatı həyata keçirilib”.

Akademik qeyd edib ki, türkiyəli mütəxəssislərin konfransa dəvət edilməsi Azərbaycanda kök hüceyrələrinin təbabətdə tətbiqinin inkişafına təkan verəcək.

Konfransda bildirilib ki, kök hüceyrələr rüşeym və yetkin kök hüceyrəsi olmaqla iki mənbədən əldə edilir. Yetkin kök hüceyrələri sümük iliyi, əzələ, göz, sinir, dəri kimi toxumalarda olur və müxtəlif xəstəliklərin müalicəsində, xərçəng və ya orqan çatışmazlığı kimi xroniki xəstəliklərin müalicəsində, qüsurlu və funksiyası pozulmuş hüceyrələrin əvəzinə sağlam hüceyrə və toxumaların əldə edilməsi üçün də istifadə olunur.

Parkinson, Alzheymer, onurğa zədələri, sinir zədələnmələri ilə əlaqədar iflic, şəkər xəstəliyi, oynaq xəstəlikləri, osteoporoz və revmatizm kök hüceyrələri ilə müalicə oluna bilir.

Böyrək xəstəlikləri, yarıq damaq, yarıq dodaq, xərçəng, allergiya, infeksion xəstəliklər, göz və dəri xəstəliklərinin müalicəsində də kök hüceyrələrdən faydalanaraq təcrübələr aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR