Bakıda evə basqın edən dəstə zərərsizləşdirilib

Bakıda evə basqın edən dəstə zərərsizləşdirilib
# 09 oktyabr 2017 10:38 (UTC +04:00)

Bakıda evə basqın edən dəstə zərərsizləşdirilib.

APA-nın məlumatına görə, paytaxtın Nizami rayonunda Yusif Həsənova məxsus evə daxil olan naməlum şəxslər ev sahibini döyərək xeyli miqdarda pul aparıblar.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şamaxı rayon sakinləri – Hicay Abdullayev, Gülbala Ağayev və əvvəllər məhkum olunmuş Yusif Qafarov tutulub, daha bir nəfər isə müəyyən edilib.

Hazırda sonuncu şəxsin tutulması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR