“Azərxalça”nın filialları yeni nəqliyyat vasitələri ilə təmin olunub

“Azərxalça”nın filialları yeni nəqliyyat vasitələri ilə təmin olunub
# 01 avqust 2018 09:21 (UTC +04:00)

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin respublikanın bölgələrində 10 filialı fəaliyyət göstərir.

Cəmiyyətin mətbuat xidmətindən APA-ya bildirilib ki, bu filiallar üçün tikilən binalar lazımi avadanlıqlarla təmin olunub. Müasir və işıqlı filial binalarında toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu yaradılıb. Bütün bunlarla yanaşı, filiallarda çalışanların iş yerinə rahat gediş-gəlişinin qayğısına da qalınıb. Dövlət başçısının tapşırığı ilə “Azərxalça”nın hazırda fəaliyyət göstərən Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Ağdam və Füzulu filialları avtobusla təmin olunub. Bu ilin sonuna qədər fəaliyyətə başlayacaq filiallar üçün də nəqliyyat vasitələri alınaraq artıq ölkəmizə gətirilib.

“Azərxalça”nın aldığı 18 ədəd “Hyundai” markalı avtobus sərnişindaşıma ilə bağlı müəyyənləşdirilən tələblərə tam cavab verir. Bu avtobusların hər biri 38 sərnişin yerlikdir. Dizel yanacağı ilə işləyən avtobusların mühərriki “AVRO 4” standartına uyğundur. Avtobusların geniş salonunda sərnişinlərin rahatlığı nəzərə alınıb, havalandırma yeri və kondisioner quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR