Ötən il 3,6 milyona yaxın azərbaycanlı turist xaricə gedib

Ötən il 3,6 milyona yaxın azərbaycanlı turist xaricə gedib
# 11 dekabr 2017 13:55 (UTC +04:00)

2016-cı ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb. Mədəniyyət və Turiz Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Dövlət Statistika Komitəsinin hesabatına əsasən ötən il xarici ölkələrə 4 milyon 281 min 900 nəfər səfər edib.

Bu rəqəm 2010-cu ildə 3 milyon 175 min 606 nəfər olub.

Ötən il turizm məqsədilə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı isə 3 milyon 592 min 100 nəfər olub.

Bu rəqəm 2010-cu ildə 1 milyon 819 min 600 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR