OPEK sazişinin icrasını 4 nazirdən ibarət komissiya monitorinq edəcək

OPEK sazişinin icrasını 4 nazirdən ibarət komissiya monitorinq edəcək
# 26 oktyabr 2016 02:32 (UTC +04:00)

Bakı-APA. Neftin hasilatına dair OPEK razılaşmasının icrasını 4 nazirdən ibarət xüsusi komissiya monitorinq edəcək. Nazirlərdən ikisi OPEK-ə üzv olan ölkəni, iki nəfəri isə təşkilata üzv olmayan ölkələri təmsil edəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Venesuelanın neft naziri Euloxio del Pino bildirib.

“Həmin nazirlər razılaşmanı imzalayan ölkələr qarşısında hesabat verəcəklər”, - deyə del Pino qeyd edib.

O, həmçinin əlavə edib ki, bu təşəbbüs Venesuela tərəfindən irəli sürülüb və OPEK-in digər üzvləri tərəfindən dəstəklənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR