Paşha Bank
Bank Of Baku

Şəkidə yol qəzasında sərnişin xəsarət alıb   - FOTO

Şəkidə yol qəzasında sərnişin xəsarət alıb   - FOTO
# 28 yanvar 2022 21:34 (UTC +04:00)

Hadisə saat 20 radələrində Şəki-Giriş yolunun 12-ci kilometrliyində, Şəki rayonu ərazisində baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, 1992-ci il təvəllüdlü Balakən şəhəri sakini Uluxanov Ziyavəddin Həsən oğlunun idarə etdiyi “Nissan Maxima” markalı 10 MH 747 dövlət qeydiyyat nişanlı avtomobillə, 1960-cı il təvəllüdlü Şəki rayonunun Çələbixan qəsəbə sakini Bayramov Elçin Əşrəf oğlunun idarə etdiyi “VAZ-2106” markalı 55 BH 796 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticədə “Jiquli”nin salonunda olan sərnişin, 1967-ci il təvəllüdlü Şəki rayonunun Çələbixan qəsəbəsi sakini Bayramova Nazənin Asabəli qızı xəsarət alaraq Şəki RMX-na müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR