Bakıda qohumunu qətlə yetirən şəxsə 18 illik həbs cəzası verilib

Bakıda qohumunu qətlə yetirən şəxsə 18 illik həbs cəzası verilib
# 17 aprel 2017 09:51 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Cavidan Seyfullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, C. Seyfullayev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin mayında Xətai rayonunda baş verib. Naməlum şəxs Masallı rayon sakini Musa Nurullayevi bıçaqla qətlə yetirib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Cavidan Seyfullayev tutulub. Qətlə yetirilən şəxs C. Seyfullayevin bibisi oğlu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR