AŞPA Ermənistanda keçiriləcək seçkiləri müşahidə edəcək

AŞPA Ermənistanda keçiriləcək seçkiləri müşahidə edəcək
# 29 mart 2017 08:14 (UTC +04:00)

AŞPA Ermənistanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək.

APA-nın AŞPA-nın saytına istinadən verdiyi xəbərə görə, aprelin 2-də keçiriləcək seçkilərdə işveçrəli deputat Lilian Mori-Paskyenin başçılıq etdiyi 22 nəfərlik nümayəndə heyəti müşahidə aparacaq.

Heyətə ATƏT Parlament Asambleyası, Avropa Parlamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təmsilçiləri də daxildir.

Seçkidən bir gün sonra - aprelin 3-də İrəvanda nümayəndə heyəti mətbuat konfransı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR