Bakıda mənzil yanıb

Bakıda mənzil yanıb
# 24 noyabr 2016 20:31 (UTC +04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 74 m2 olan 3 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin mətbəxində mətbəx mebeli 6 m2 sahədə, paltaryuyan maşın, mikrodalğalı soba və soyuducu yanıb. Yüksək temperaturdan dəhlizin və hamamın tavanı 7 m2 sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR