Bank Of Baku

Prezidentin köməkçisi: “Bütün rəqəmlər, statistika sübut edir ki, vaksin təhlükəsizdir"

Prezidentin köməkçisi: “Bütün rəqəmlər, statistika sübut edir ki, vaksin təhlükəsizdir"
# 20 avqust 2021 11:53 (UTC +04:00)

“Bütün rəqəmlər, statistika sübut edir ki, vaksin təhlükəsizdir. Amma insanlar deyir ki, inanmırıq. Niyə inanmırlar, onu deyən yoxdur”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, hər kəs pandemiyadan yorulub: “Vaksinasiyaya getməyən insanlar bizə imkan vermir ki, bu proses başa çatsın”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR