Azərbaycanda kommersiya banklarının xarici borclanması artıb

Azərbaycanda kommersiya banklarının xarici borclanması artıb
# 11 yanvar 2017 08:49 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 972 mln. manat və ya 16,02% artaraq 2016-cı ilin dekabr ayının 1-nə 7 039,1 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu ilin oktyabr ayı ilə müqayisədə noyabrda bankların xarici borclanması 810,1 mln. manat və ya 13% artıb.

Ümumiyyətlə, 2015-ci ilin dekabrı ilə müqayisədə bu ilin noyabrında bankların məcmu xarici öhdəliklərin həcmi 1 165,4 mln. manat və ya 14,2% azalıb.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2016-cı ilin dekabrın 1-nə 3 468,4 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 883,7 mln. manat və ya 35,2% azdır. Məcmu xarici aktivlərin həcmində bu ilin oktyabr ayı ilə müqayisədə noyabrda 181,3 mln. manat və ya 4,97%-lik azalma baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR