“Bax, İstifadə et, Yarat!” adlı mobil tətbiqlərin hazırlanması üçün müsabiqə elan olunub

“Bax, İstifadə et, Yarat!” adlı mobil tətbiqlərin hazırlanması üçün müsabiqə elan olunub
# 13 noyabr 2017 13:58 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Açıq Hökumət Məlumatlarından istifadə etməklə “Bax, İstifadə et, Yarat!” adlı mobil tətbiqlərin hazırlanması müsabiqəsini elan edir.

Nazirliyin İctimaiyyətlə Əlaqələr Sektorundan “APA-Economics”ə verilən məlumata görə, müsabiqənin məqsədi “Açıq Hökumət Məlumatları” (data.gov.az) portalındakı məlumatlar əsasında yeni mobil tətbiqlərin hazırlanması, Açıq Hökumət Məlumatlarından rahat istifadə, sosial yönümlü və innovativ ideyaların dəstəklənməsi və startap layihələrinin təşviq edilməsidir.

Müsabiqənin şərtləri aşağıdakı kimidir:

- Müsabiqədə fərdi və ya komanda şəklində iştirak etmək olar. (Komanda üzvlərinin sayı 5 nəfərdən artıq ola bilməz)

- Tətbiq hazırlayarkən Azərbaycan Respublikasının “Açıq Hökumət Məlumatları” portalındakı (data.gov.az) məlumatların ən azı birindən istifadə edilməlidir.

- Təqdim edilən materiallar fiziki və hüquqi şəxslərin əqli mülkiyyət hüquqlarını pozmamalıdır.

Müsabiqədə qiymətləndirmə meyarları:

Meyar

Bal

Əmsal

1

Sosial əhəmiyyət (S)

0-10

3

2

Funksionallıq (F)

0-10

2

3

Tamlıq (T)

0-10

2

4

Dizayn (D)

0-10

2

5

Məzmun (M)

0-10

2

Yekun bal = 3xS+2xF+2xT+2xD+2xM

Yekun ballar eyni olduqda qiymətləndirmə daha üstün meyar üzrə müqayisə ediləcək (meyarlar cədvəldə üstünlüyünə görə sıralanıb) və üstünlük həmin meyar üzrə daha çox bal toplayana veriləcək.

Müsabiqənin mükafat fondu:

1-ci yer - 2000 AZN

2-ci yer - 1500 AZN

3-cü yer - 1000 AZN

- İştirakçı tələbələr “Microsoft BizSpark” layihəsi çərçivəsində “Microsoft”un masaüstü proqramlarını, server həllərini və Bulud imkanlarını əldə edəcəklər.

- Yüksək Texnologiyalar Parkı üçün maraqlı olan 2 layihənin müəlliflərinə 6 ay ərzində inkubasiya mərkəzində ödənişsiz ofisdən istifadə imkanı yaradılacaq;

- Tələblərə uyğun mobil əlavə təqdim edən hər bir iştirakçıya “Elektron imza” sertifikatı təqdim ediləcək.

“Bax, İstifadə et, Yarat!” müsabiqəsində iştirak etmək istəyənlər bu gündən başlayaraq data.gov.az portalındakı "Müsabiqələr" menyusuna keçid edərək uyğun bölmədə qeydiyyatdan keçməli və 25 noyabr saat 23:59-a qədər hazırladığı materialları (tətbiqin qaynaq kodu, işlək tətbiq və tətbiqin təqdimatı olan fayllar) təşkilat komitəsinə portal üzərindən göndərməlidirlər.

Noyabrın 26-da iştirakçılar münsiflər heyəti qarşısında müsabiqə üçün hazırladıqları mobil əlavənin təqdimatını etməlidir.

Nəticələrin açıqlanması və qaliblərin mükafatlandırılması “Bakutel 2017” sərgi çərçivəsində baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR