Bərdədə avtomobil piyadanı vurub

Bərdədə avtomobil piyadanı vurub
# 03 aprel 2018 18:08 (UTC +04:00)

Ağdam sakinini Bərdədə avtomobil vurub. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şirvanlı kəndində baş verib. “VAZ 2107” markalı avtomobil hərəkətdə olarkən yolu keçən Ağdam rayon Üçoğlan kənd sakini 1972-ci il təvəllüdlü Meydanov Qafar Nəriman oğlunu vurub. Qəza zamanı xəsarət alan Q.Meydanov Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR