ABŞ dövlət katibi Meksikaya səfər edəcək

ABŞ dövlət katibi Meksikaya səfər edəcək
# 08 fevral 2017 23:11 (UTC +04:00)

ABŞ-ın dövlət katibi Reks Tillerson Meksikaya səfər edəcək.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Meksika XİN-in nümayəndəsi bildirib.

Hələlik səfərin dəqiq vaxtı açıqlanmır. Fevralın 8-də R.Tillerson Vaşinqtonda Meksikanın xarici işlər naziri Luis Videqaray ilə görüşüb.

Qeyd edək ki, yanvarın 25-də ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar çəkmək niyyətini təsdiqləyib. Tramp həmçinin divarın tikintisi üçün Meksika hökumətindən 5-10 milyard dollar tələb edib. Bundan əlavə Tramp ABŞ-ın Şimali Amerika azad ticarət zonası haqqında sazişdən (NAFTA) çıxacağını vəd edib. ABŞ-ın NAFTA-dan çıxacağı təqdirdə Meksika ixrac rüsumlarının artması səbəbindən milyardlarla dollar ziyan çəkəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR