Kürdəmirdə 2 otaqlı ev yanıb

Kürdəmirdə 2 otaqlı ev yanıb
# 28 mart 2017 20:26 (UTC +04:00)

Kürdəmirdə yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Çöl Qubalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə evin 1 otağının yanar konstruksiyaları 30 m2 və aynabəndin tavanı 70 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR