Gürcüstandan Azərbaycana qanunsuz yolla 10 ədəd mobil telefonun keçirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana qanunsuz yolla 10 ədəd mobil telefonun keçirilməsinin qarşısı alınıb
# 29 mart 2017 08:38 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21074" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin salonundan gömrük nəzarətindən gizlədilən 10 ədəd "Samsung" markalı mobil telefon, mobil telefonlarda istifadə üçün nəzərdə tutulan 11 ədəd adapter, 8 ədəd batareya , 8 ədəd qulaqcıq və iki ədəd mobil telefon qutusu akar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR