ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ İrana qarşı sanksiyaları genişləndirib
# 03 fevral 2017 17:13 (UTC +04:00)

ABŞ İrana qarşı sanksiyaları genişləndirib.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Maliyyə nazirliyindən bildirilib.

Sanksiya İran, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Küveyt və Livan vətəndaşı olan 13 fiziki şəxsə, habelə bu ölkələrdə yerləşən 12 şirkətə qarşı tətbiq edilib.

Məlumata görə, sanksiyaların tətbiqi İranın ballistik raket proqramı və “Hizbullah” qruplaşmasının dəstəkləməsi ilə bağlıdır.

Xatırladaq ki, yanvarın 29-da İran ortamənzilli ballistik raketinin sınaqlarını keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR