Güclü külək Goranboyda fəsadlar yaradıb

Güclü külək Goranboyda fəsadlar yaradıb
# 08 sentyabr 2017 11:39 (UTC +04:00)

Goranboyda güclü külək elektrik təsərrüfatına ziyan vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon ərazisində ötən gün saat 19 radələrində əsməyə başlayan güclü külək 8 kəndə gedən elektrik naqillərini qırıb, nəticədə elektrik enerjisinin təminatında fasilələr yaranıb.

Rayon İcra Hakimiyyəti aparatından verilən məlumata görə, səhər saatlarından etibarən yaranmış problem aradan qaldırılır. Artıq kəndlərə enerji verilişi bərpa olunur.

Qeyd edək ki, dünən saat 17 radələrindən başlayaraq qərb bölgəsində güclü külək başlayıb. Bir sıra rayonlarda fəsadlar yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR