Azərbaycan prezidenti braziliyalı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti braziliyalı həmkarına başsağlığı verib
# 30 noyabr 2016 11:04 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Kolumbiyada baş vermiş təyyarə qəzasında braziliyalı futbolçuların və bu ölkənin digər vətəndaşlarının ölümü ilə əlaqədar Braziliya Federativ Respublikasının prezidenti Mişel Temerə başsağlığı verib.

APA-nın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab prezident. Kolumbiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Braziliya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR