Putin Trampa DÇ-nin rəsmi topunu hədiyyə edib

Putin Trampa DÇ-nin rəsmi topunu hədiyyə edib
# 16 iyul 2018 18:41 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampa Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının rəsmi topunu hədiyyə edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya və ABŞ prezidentləri danışıqlardan sonra birgə mətbuat konfransı keçiriblər.

Mətbuat konfransının sonunda Putin Trampa Rusiyada keçirilən Dünya Çempionatının rəsmi topunu hədiyyə edib. O, ABŞ-ın 2026-cı ildə Dünya Çempionatını keçiriləcəyini xatırladıb.

Hədiyyəni qəbul edən Tramp Putinə təşəkkür edib və topu həyat yoldaşı Melani Trampa ataraq "Melani, götür, oğlum bu topla oynayacaq" deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR