Lənkəranda baş vermiş zəncirvari qəzada 6 nəfər xəsarət alıb

Lənkəranda baş vermiş zəncirvari qəzada 6 nəfər xəsarət alıb
# 14 oktyabr 2016 12:54 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 14:00 radələrində Ələt-Astara magistralının rayonun Digah kəndindən keçən hissəsində qeydə alınıb. Sürücüsünün kimliyi hələlik məlum olmayan “Ford” markalı, 10 VZ 539 dövlət nömrə nişanlı mikroavtobusun, Lənkəran rayon sakinləri - 1958-ci il təvəllüdlü Firudin İman oğlu Bəqəliyevin idarə etdiyi “VAZ-2106” markalı, 42 BB 627 dövlət nömrə nişanlı və 1962-ci il təvəllüdlü Bəxtiyar Əlihüseyn oğlu Məmmədovun idarə etdiyi “Mercedes” markalı, 10 CL 221 dövlət nömrə nişanlı minik avtomobillərinin toqquşması nəticəsində həmin nəqliyyat vasitələrinin 5 sərnişini – Masallı rayon sakinləri, 1999-cu il təvəllüdlü Yeganə Fikrət qızı Abışova, 1998-ci il təvəllüdlü Selcan Vüqar qızı Tehirzadə, 1999-cu il təvəllüdlü Aytac Allahşükür qızı Kərimli, 1998-ci il təvəllüdlü Xanımbacı Əlican qızı Əliyeva və Salyan rayon sakini, 1998-ci il təvəllüdlü Sadiq Elman oğlu Rəsulbəyli, eləcə də "VAZ 2106"nın sürücüsü Firudin Bəqəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Yaralıların hamısına zəruri tibbi yardım göstərilib. X. Əliyevanın vəziyyəti daha ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.


Qəza zamanı hər üç nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.


Məlumata görə, “VAZ-2106”nın xəsarət almış sərnişinləri Lənkəran Dövlət Universitetinin dərsdən çıxıb evə gedən tələbələri olub.


Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR