BNA: 14 və 18 nömrəli marşrutlarda gecikmələr olacaq

BNA: 14 və 18 nömrəli marşrutlarda gecikmələr olacaq
# 03 oktyabr 2017 09:14 (UTC +04:00)

"14 və 18 nömrəli marşrut xətlərinin intervallarında problemlər olacaq".


Bakı Nəqliyyat Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, Yasamal rayonu ərazisində Musabəyov parkından Yasamal bazarı istiqamətində aparılan yol təmir işləri səbəbindən 14 nömrəli marşrut xəttində fəaliyyət göstərən avtobuslardan biri ərazidə texniki problemlə üzləşib.

"Təmir briqadası dərhal hadisə yerinə çatdırılıb. Bu səbəbdən, təmir işləri yekunlaşana qədər 14 və 18 nömrəli marşrut xətlərinin intervallarında problemlər yaranacaq", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR