Azərbaycanda pul kütləsi azalıb

Azərbaycanda pul kütləsi azalıb
# 09 oktyabr 2017 15:15 (UTC +04:00)

Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2017-ci il sentyabrın 1-nə 20 mlrd. 556,3 mln. manat, təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 597,8 mln. manat və ya 2,83% azdır.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda iyul ayı ilə müqayisədə 2017-ci ilin avqust ayında geniş mənada pul kütləsi 268,1 mln. manat və ya 1,3% azalıb.

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.


Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 1 276,1 mln. manat və ya 13% artaraq 2017-ci il sentyabrın 1-nə 11 137,5 mln. təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR