Şəmkir sakini elektrik mişarla ayağını kəsib

Şəmkir sakini elektrik mişarla ayağını kəsib
# 03 aprel 2017 20:02 (UTC +04:00)

Şəmkir rayon sakini ehtiyatsızlıq nəticəsində ayağını kəsib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Kür qəsəbə sakini 1963-cü il təvəllüdlü Qabil Məmmədov elektrik mişarla həyətində olan ağacların quru budaqlarını kəsən zaman ehtiyatsızlıq nəticəsində yıxılıb və mişar onun sol ayağını kəsib.

Q. Məmmədov dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR