Bakıda "Damar Cərrahlığın aktual məsələləri və son yeniliklər" mövzusunda konfrans keçirilib

Bakıda "Damar Cərrahlığın aktual məsələləri və son yeniliklər" mövzusunda konfrans keçirilib
# 13 dekabr 2019 11:05 (UTC +04:00)

Dekabrın 13-də "Damar Cərrahlığın aktual məsələləri və son yeniliklər" mövzusunda konfrans keçirilib.

APA xəbər verir ki, konfransda Azərbaycan Tibb Universitetinin (ATU) prorektoru Rauf Bəylərov, ATU TCK-nin Ürək-damar cərrahiyyəsi şöbəsinin rəhbəri Məhəmməd Kərimov, RDM-nin Radioloji-Endovaskulyar Cərrahiyyə şöbəsinin rəhbəri Ahmet Memiş, ATU-nun I Cərrahiyyə xəstəliklər kafedrasının dosenti Kamran Musayev və başqa həkimlər iştirak ediblər.

Konfransda çıxış edən Rauf Bəylərov qonaqları salamlayıb və mövzunun əhəmiyyətindən danışıb. O bildirib ki, ürək-damar xəstəlikləri ümumi göstəricilərinə görə birinci yerdə qalmaqdadır:

"Alimlərin araşdırmalarına görə, ürək-damar xəstəlikləri arta-arta gedir. Son illərdə bu xəstəliklərin üzə çıxarılması, müalicəsi tədbirlərinin aparılması, milli proqramların qəbulu istiqamətində işlər aparılır".

Məhəmməd Kərimov çıxışında bildirib ki, dünyada 70-80% insanda venaların xroniki xəstəliyi var:

"Amerikada 175 milyon insan xroniki venoz xəstəliklərindən əziyyət çəkir. Avropada 30-70 yaşlı insanların 75%-də telangiektaziyalar və retikulyar vena xəstəliyi müşahidə olunur".

Ahmet Memiş çıxışında ürək-damar xəstəlikləri, xüsusən insultdan söz açıb:

"20-ci yüzilliyin əsas ölüm səbəbi olan infeksion xəstəliklər 21-ci yüzillikdə beyin və nevroloji xəstəliklərlə yerini dəyişir. Qeyd edim ki, 2009-cu ildə Amerikada insult keçirən insanlara 38 milyard dollar pul xərclənib. Ötən il bu məbləğ 45 milyard dollara qədər artıb. Amerikada hər insult xəstəsi üçün 140 min dollar vəsait xərclənir".

A. Memiş vurğulayıb ki, Azərbaycanda insulta 2-3 milyard dollar xərclənməsi vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR