Mərkəzi Bank 200 mln. manat cəlb edir

Mərkəzi Bank 200 mln. manat cəlb edir
# 26 oktyabr 2017 08:24 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

AMB-dən "APA-Economics"ə verilən xəbərə görə, oktyabrın 30-da keçiriləcək hibrid depozit hərracında 200 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.

"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01-14,99% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR