ABŞ-da məktəbdə atışma olub

ABŞ-da məktəbdə atışma olub
# 01 fevral 2018 21:16 (UTC +04:00)

ABŞ-ın Los-Anceles şəhərində məktəbli qız sinifdə odlu silahdan atəş açıb, nəticədə 2 yeniyetmə yaralanıb.

APA-nın “Los Angeles Times”ə istinadən verdiyi xəbərə görə, yaralananlardan birinin vəziyyətinin kritik olduğu bildirilir. 15 yaşlı məktəblinin başından ağır yaralandığı bildirilir. Digər məktəbli isə qolundan yaralanıb.

Daha bir neçə nəfər isə şüşələrin sınması nəticəsində yüngül xəsarət alıb.

Atəş açan qız saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR