Külli miqdarda xarici valyutanın ölkədən qanunsuz çıxarılmasının qarşısı alınıb

Külli miqdarda xarici valyutanın ölkədən qanunsuz çıxarılmasının qarşısı alınıb
# 04 aprel 2018 08:36 (UTC +04:00)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə getmək istəyən İsveçrə Konfederasiyasının vətəndaşı "yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçsə də, lakin çantası rentgen aparatında yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Vətəndaş saxlanılıb və çantasında təkrar yoxlama aparılıb.

Nəticədə, çantanın içərisindəki ayaqqabının taylarında coraba bükülərək gizlədilmiş, əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 199 ədəd - hər biri 100 avro nominalında əsginaslar olmaqla, cəmi 19 900 avro aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR