Neftçalada evdə yanğın olub

 Neftçalada evdə yanğın olub
# 14 oktyabr 2017 13:07 (UTC +04:00)

Neftçala rayonunda yanğın hadisəsi baş verib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Neftçala rayonu, Astanlı kəndində ümumi sahəsi 110 m2 olan birmərtəbəli, 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR