Azərbaycanın Braziliyadakı səfiri etimadnaməsinin surətini təqdim edib

Azərbaycanın Braziliyadakı səfiri etimadnaməsinin surətini təqdim edib
# 03 fevral 2017 03:59 (UTC +04:00)

Yanvarın 31-də Azərbaycanın Braziliyaya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnaməsinin surətini Braziliya Xarici əlaqələr nazirliyinin baş katibi, səfir Markos Qalvaoya təqdim edib.

Səfirlikdən APA-ya verilən məlumata görə, M.Qalvao səfir E.Poluxovu salamlayaraq ona yeni vəzifəsində uğurlar arzu etdi və iki ölkə arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində səfir E.Poluxov Azərbaycanın Braziliyada səfiri vəzifəsinə təyin edilməsindən məmnunluq duyduğunu və burada çalışdığı müddətdə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün səy göstərəcəyini vurğuladı.

Sonra tərəflər arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyətinə və konkret sahələr üzrə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR