Səfir: “Azərbaycanın qeyri-neft sektorunun inkişafında Yaponiya şirkətlərinin iştirakı gözlənilir”

Səfir: “Azərbaycanın qeyri-neft sektorunun inkişafında Yaponiya şirkətlərinin iştirakı gözlənilir”
# 27 yanvar 2017 17:04 (UTC +04:00)

Azərbaycanın qeyri-neft sektorunun inkişafında Yaponiya şirkətlərinin iştirakı gözlənilir

Bu barədə APA-ya Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi deyib.

"Azəri-Çıraq-Günəşli” yatağında, həmçinin Bakı-Tiflis-Ceyhan layihəsində Yaponiyanın payı var. Bu il məqsədimiz bu sahədə çalışan 2 yapon şirkətinin gördükləri işləri daha da inkişaf etdirməkdir”, deyə səfir bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan qeyri-neft sektorun inkişafına meyil edir, iqtisadiyyatın diversifikasiyasına üstünlük verir: “Buna görə də yeni sahələrdə Yaponiyanın şirkətlərinin bu istiqamətdə iştirakı gözlənilir."

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR