Bu il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 1287 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Bu il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 1287 nəfər cinayət məsuliyyətinə cəlb edilib
# 23 iyul 2018 10:18 (UTC +04:00)

Bu ilin 6 ayı ərzində narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 1287 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təqdim etdiyi 2018-ci ilin 6 ayı ərzində ölkədə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumatda əksini tapıb.

Cinayət məsuliyyətinə cəlb edilənlərdən 4-ü 18 yaşadək, 89-u 18-25 yaşadək, 163-ü 26-29 yaşadək, 1031-i 30 yaşdan yuxarı, o cümlədən 16-sı fəhlə, 1070-i işləməyənlər, 3-ü qulluqçu, 1-i vəzifəli və ya maddi məsul şəxs, 1-i kənd təsərrüfatı işçisi, 471-i əvvəllər cinayət törətmişlər, 10-u əvvəllər xüsusi qeydiyyatda olmuşlar, 1271-i kişilər, 16-sı qadınlar, 35 nəfəri isə xarici ölkə vətəndaşları olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR