Azərbaycanın qiymətli kağızlar bazarı ötən il 1%-dən çox artıb

Azərbaycanın qiymətli kağızlar bazarı ötən il 1%-dən çox artıb
# 07 fevral 2020 15:20 (UTC +04:00)

Ötən il Azərbaycanın investisiya qiymətli kağızları bazarında aparılan əməliyyatların həcmi 1,5% artaraq ümumilikdə 16 382 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, əməliyyatların 80,5%-i (13 182 mln. manatı) ilkin bazarda, 19,5%-i (3 200 mln. manatı) isə təkrar bazarda aparılıb.

Ötən il qiymətli kağızlarla ilkin bazar əməliyyatları 2018-ci il ilə müqayisədə 9% azalıb, təkrar bazar əməliyyatları isə 83,9% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR