Masallıda avtomobillə vurulan piyadalardan biri ölüb - YENİLƏNİB-1

Masallıda avtomobillə vurulan piyadalardan biri ölüb - <span style="color: red;">YENİLƏNİB-1
# 08 fevral 2017 21:42 (UTC +04:00)

Masallının Qızılavar kəndində vurulan piyadalardan biri ölüb.

APA-nın cənub bürosunun məlumatına görə, həkimlərin səylərinə baxmayaraq Ərkivan kənd sakini, 1979-cu il təvəllüdlü Bədəlov Rüfət Həmdulla oğlu xəstəxanada keçinib.

Qeyd edək ki, ötən axşam Masallının Qızılavar kəndində “Ford” markalı yük avtomobili 3 nəfəri vurub.

Faktla bağlı araşdırma aparılır.

***

00:25

Masallının Qızılavar kəndində vurulan piyadaların kimliyi məlum olub.

APA-nın cənub bürosunun məlumatına görə, bunlar Ərkivan kənd sakinləri, 1979-cu il təvəllüdlü Bədəlov Rüfət Həmdulla oğlu, 1981-ci il təvəllüdlü Həsənov Yunus Eldar oğlu və 1984-cü il təvəllüdlü Tohid Tofiq oğlu İbrahimovdur.

Məlumata görə, Bədəlov Rüfətin vəziyyəti ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, ötən axşam Masallının Qızılavar kəndində “Ford” markalı yük avtomobili 3 nəfəri vuraraq dirəyə çırpılıb. Zərərçəkənlər dərhal Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

***

23:05

Masallıda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, insident Qızılavar kəndində qeydə alınıb.

“Ford” markalı yük avtomobili 3 nəfəri vurub. Zərərçəkənlər dərhal Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Onların şəxsiyyətləri müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR