ARDNF bu il AÇG və “Şahdəniz” üzrə gəlirlərini açıqlayıb

ARDNF bu il AÇG və “Şahdəniz” üzrə gəlirlərini açıqlayıb
# 10 may 2018 14:10 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2018-ci il mayın 1-nə əldə edilən gəlirlərini açıqlayıb.

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, bu ilin 4 ayında AÇG yataqları üzrə fond 2 823 mln. ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 2 506 mln. ABŞ dolları həcmində gəlir əldə edib.

Ümumiyyətlə, 2001-ci ildən etibarən 01.05.2018 tarixinə qədər AÇG yataqlar bloku üzrə 131,309 mlrd. ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 2,506 mlrd. ABŞ dolları həcmində gəlir əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR