Qazaxda avtobusla minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 12 nəfər xəsarət alıb - YENİLƏNİB-1

Qazaxda avtobusla minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 12 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB-1
# 04 aprel 2018 08:11 (UTC +04:00)

FHN Qazax rayonunda baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu ərazisində "Mercedes" markalı sərnişin avtobusu və "Mercedes" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Minik avtomobilin sürücüsü, 1950-ci il təvəllüdlü Orucov Ziyalı Zahid oğlunun meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtobusun sürücüsü və 12 nəfər sərnişin müxtəlif xəsarətlərlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya aparılıb. Əməliyyat başa çatıb.

***

09.04

Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayonundan keçən hissəsində baş verən yol qəzasında ölən və xəsarət alanların kimlikləri məlum olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, sərnişin daşıyan avtobusun “Mercedes” markalı minik avtomobili ilə toqquşması nəticəsində Qazax rayon sakini, 1950-ci il təvəllüdlü Orucov Ziyalı Zahid oğlu ölüb. 1959-cu il təvəllüdlü Allazova Aybəniz Mahmud qızı isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Daha 4 nəfər Qazax Müalicə Diaqnostika Mərkəzinə gətirilib. Müayinə zamanı sərnişinlərin ciddi xəsarət almadıqları məlum olub və onlar evə buraxılıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

***

07.45

Qazaxda avtobus və minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var.

APA-nın qərb bürosunun xəbərinə görə, qəza Bakı-Qazax-Tbilisi magistral yolunun, Qazax şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan avtobusun “Mercedes” markalı minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar Qazax Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR