Liviya sahillərində miqrantları daşıyan gəmi batıb, 90 nəfər itkin düşüb

Liviya sahillərində miqrantları daşıyan gəmi batıb, 90 nəfər itkin düşüb
# 27 oktyabr 2016 01:48 (UTC +04:00)

Bakı-APA. Liviya sahillərində miqrantları daşıyan gəmi batıb, azı 90 nəfər itkin düşüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, insident sahildən 40 km aralı, Tripoli şəhərindən 40 km şərqdə baş verib.

Məlumata görə, Liviya Sahil Mühafizə Xidmətinin əməkdaşları 29 miqrantı xilas edə bilib. Onların hansı ölkə vətəndaşı olması barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR