Prokuror şəhid qızını avtomobillə vurub öldürən şəxsə cəza istəyib - YENİLƏNİB

Prokuror şəhid qızını avtomobillə vurub öldürən şəxsə cəza istəyib - <span style="color: red;">YENİLƏNİB
# 05 aprel 2018 13:38 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə R. Rəhimovun vəkili çıxış edib. O, R. Rəhimovun hadisə yerindən qaçmadığını deyib.

O, işlə bağlı təkrarən avtotexniki ekspertiza keçirilməsi ilə bağlı vəsatət qaldırıb.

Məhkəmə verilən vəsatəti təmin etməyib. Sonra prosesdə hadisənin baş vermə anının videogörüntüləri nümayiş etdirilib.

Daha sonra prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı R. Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkil Muxtar Mustafayev müdafiə nitqi ilə çıxış edib. O bildirib ki, şahid dindirmə protokolundakı imzalar saxtalaşdırılıb. Vəkil R. Rəhimovun hadisə yerindən qaçmadığını da bildirib: "Hadisə yerində iki DYP avtomobili olub. Bunların üzərində kameralar var. Həmin kameralar vasitəsilə Rəhimin hadisə yerindən qaçmadığını görmək olardı. Ancaq nədənsə bu məsələlər araşdırılmayıb. Digər tərəfdən hadisə keçid yeri olmayan ərazidə baş verib. Bu baxımdan mərhumun da hadisənin baş verməsində təqsiri var. Ərazidə keçid olmadığı üçün Rəhimin avtomobili saxlamaq imkanı olmayıb. Bu baxımdan biz ona bəraət verilməsini xahiş edirik".

Sonra iş üzrə digər vəkillər də çıxış edərək, təqsirləndirilən şəxsə bəraət verilməsini istəyiblər.

Proses aprelin 16-da davam etdiriləcək.

Xatırladaq ki, ötən məhkəmə prosesində işə yeni vəkil qoşulduğu üçün məhkəmə istintaqı yenilənməsi barədə qərar qəbul edilib.

Əvvəlki məhkəmə istintaqı zamanı da prokuror R. Rəhimovun 6 il azadlıqdan məhrum olunmasını istəmişdi.

Qeyd edək ki, hadisə ötən il noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində baş verib. şəhid Elton Əkbərovun qızı Könül Əkbərova "Jeep Grand Cherokee” markalı avtomobillə vurularaq öldürülüb.

1975-ci il təvəllüdlü Könül Əkbərovanı "Jeep Grand Cherokee”markalı, ağ rəngli, Az 90 FO 007 nömrə nişanlı avtomobillə vuran 17 yaşlı Rəhim Rəhimli olması müəyyən edilib və o, həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR