"AtaSığorta” ödənişləri azaldıb

"AtaSığorta” ödənişləri azaldıb
# 05 aprel 2018 10:42 (UTC +04:00)

2018-ci il mart ayında “AtaSığorta” ASC-nin sığorta yığımları 1 mln. 502 min 84 manat olub.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, ötən ay sığorta ödənişləri isə 507 min 181 manat təşkil edib. Başqa sözlə, şirkət yığımlarının 33,77%-ni ödənişlərə yönəldib.

Bu məbləğ əsasən kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə ödənilib.

Fevral ayı ilə müqayisədə "AtaSığorta” ASC-nin yığımları 12,68% artıb, ödənişləri isə 29,13% azalıb.

Qeyd edək ki, 2018-ci il fevral ayı üzrə "AtaSığorta”nın sığorta yığımları 1 mln. 333 min 108 manat, sığorta ödənişləri isə 715 min 691 manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR