“Azexport” Azərbaycan mallarını "Amazon"a çıxarır

“Azexport” Azərbaycan mallarını "Amazon"a çıxarır
# 08 avqust 2017 10:11 (UTC +04:00)

“Azexport” Azərbaycan məhsullarının dünyanın aparıcı elektron ticarət portallarında təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, “Azexport”un “Amazon”la əməkdaşlığı çərçivəsində "Fulfillment by Amazon" (FBA) xidməti indi Azərbaycanlı iş adamlarına da əlçatan olub.

“Amazon” FBA xidməti sahibkarlarımıza məhsullarını ABŞ-da yerləşən 100-dən artıq anbarlarda yerləşdirmə, saxlanma, qablaşdırma və çatdırılma xidməti təklif edir. Maraqlı olan iş adamları “Azexport”a (https://azexport.az/index.php?route=information/contact) müraciət edə bilərlər.

Qeyd edək ki, amazon.com dünyada İnternet üzərindən satışları həyata keçirən ən irimiqyaslı portaldır. “Azexport” portalı həmçinin “Alibaba”, “e-Bay” və “Allbiz” kimi iri portallara da inteqrasiya olunub, Azərbaycan məhsullarını bütün dünyaya sərgiləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR